Fasiləli oruc nə deməkdir?

SAĞLAMLIQ
19:59 / 10.07.2024
329

Son zamanlar sağlam şəkildə arıqlamaq istəyənlər fasiləli oruca üstünlük verir.

Bu gün bəzi insanlar bu qayda ilə istədikləri çəkiyə düşür.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, fasiləli oruc vücudumuzun son yemək zamanı istehlak etdiyi kaloriləri yandırdığı dövrü uzadır:

“Fasiləli oruc tutmağa başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Gündəlik yeməyi hər gün altı ilə səkkiz saat arasında məhdudlaşdıran gündəlik yanaşma seçmək mümkündür. Uzun müddət yemək yemədən qalmaq, vücudunuzu daha çox yağ saxlamağa təşviq edər. Araşdırma göstərir ki, bədənin aralıq oruc tutmağa alışması iki ilə dörd həftə çəkir. Yeni rejim zamanı aclıq və ya huşsuzluq hiss edə bilərsiniz.  Aralıq orucun bəzi faydaları bunlardır: Yaddaşı gücləndirir, ürək sağlamlığını təmin edir, fiziki performansı, dözümlülüyü artırır, piylənmənin qarşısını alır. Fasiləli oruc hər kəs üçün uyğun deyil”.

Sevinc

0