Ağcaqanad dərmanlarından istifadə edilməlidir?

SAĞLAMLIQ
20:36 / 11.07.2024
323

Ağcaqanadlardan qorunmaq üçün fərqli vasitələrdən istifadə olunur. 

Əsasən yağlar, krem şəklində olan maddələr və spreylərdən istifadə edilir. 

Bu maddələr dərinin açıq nahiyələrinə tətbiq edilir. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ağcaqanadlardan ən yaxşı qorunma təbii vasitələrdir: 

“Bu zərərdən qaçmaq üçün təbii yağlardan istifadə etmək məsləhətdir. Bu, zərərvericilərin, həşəratların uzaq durmasına kömək edir. Hər hansı həssaslığımız mövcud deyilsə, ağcaqanad əleyhinə lavanda, qərənfil, rozmarin yağlarını rahatlıqla istifadə edə bilərik. Aptek və dükanlarda satılan krem və spreylər dəriyə ziyandır. Bu dərmanlar həm allergiya yarada, həm sinir sisteminə təsir edə bilər. İstifadə olunan kremlər, losyonlar, spreylərin tərkibindəki zəhərli maddələr birbaşa dəriyə toxunduğu zaman allergiya, həssaslıq yaradır".

Sevinc

0