Gənc qalmağın sirləri nələrdir? - Psixoloqdan AÇIQLAMA

SAĞLAMLIQ
12:15 / 12.07.2024
636

"Gənc qalmağın ən böyük sirri genetikadır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ata və ana tərəfindən gələn genetika çox böyük rol oynayır:

"Məsələn, üz və bədən cizgilərinin quruluşu valideynlərdən genetik olaraq keçir. Ananın və ya atanın genetikasında, çizgilərində gənc görünməsi varsa bu övlada təsir göstərir. Gənc qalmağın əsas səbəblərindən biri də düşüncədir. 

Yəni əgər insanın sağlamlığı yerindədirsə, əldə edə bilməyəcəyi heç nə yoxdur. Amma hər kəsin həyat sınağı fərqli şəkildə olur. Kimsə sağlamlıqla bağlı mübarizə aparır, kimsə sevdiyi insanların həyat mübarizəsi ilə sınağa çəkilir. Buraya başqa problemləri də aid etmək olar. Buna baxmayaraq, hər şeyə rəğmən, kiçik şeylərlə belə xoşbəxt olmağı bacarmalıyıq".

354010

Psixoloq qeyd edib ki, həyatın hər anını yaşamaq lazımdır:

"Yəni çayı içəndə belə onu xoşbəxtliklə içmək olur. Əgər haçansa həll oluna biləcək bir problem yaşayırıqsa, onun dərdini günlərlə çəkməməliyik. Çünki bu da öz növbəsində psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Mənəvi olaraq çökmək və psixoloji problemlər yaşamaq isə cildimizdə özünü biruzə verəcək. Bu isə təəssüf ki, genetikası yaxşı olan insanlara da mənfi təsir edir. Ona görə də sahib olduqlarımıza görə şükr etməliyik". 

Həmsöhbətimiz vurğulayıb ki, əsəbi və ya gərgin olmayan insan yoxdur:

"Hər bir insan əsəbiləşə bilər. Amma bunun öhdəsindən gəlmək çox önəmlidir. Ümumiyyətlə, öz qeydimizə qalmalı, musiqi dinləməli və sevdiklərimizlə zaman keçirməliyik. Bunlar bizim gənc görünməyimizə və gümrah olmağımıza səbəb olur. Ən önəmlisi də gülərüz və mehriban olmağa çalışmalıyıq".

Pərviz

1