Adi bir bakteriya insanın immun sistemini poza bilər

SAĞLAMLIQ
14:00 / 12.07.2024
384

Kvinslend Universitetinin avstraliyalı alimləri adi Haemophilus influenzae bakteriyasının insan immun sistemini necə manipulyasiya edə biləcəyini kəşf ediblər. 

HİT.az xəbər verir ki, tədqiqat "PLOS Pathogens" elmi jurnalında dərc olunub.

Haemophilus influenzae bakterial pnevmoniya və digər tənəffüs yollarının infeksiyalarına səbəb olan ümumi bir patogendir. Komanda müəyyənləşdirib ki, Haemophilus influenzae insan immun sistemi ilə “ünsiyyət qurmağa” və onu heç bir təhlükə olmadığına inandırmağa imkan verən spesifik xüsusiyyətə malikdir.

Laboratoriya təcrübələri göstərib ki, canlı Haemophilus influenzae orqanizmin immun reaksiyasını deaktiv edir, iltihabın başlanmasının qarşısını alır. Mikroblar tənəffüs yollarının səthindəki hüceyrələrdə yaşayır və xroniki infeksiyalara səbəb ola bilər. Bundan əlavə, viruslarla yoluxduqda, Haemophilus influenzae varlığı xəstəliyin şiddətini artırır.

Tədqiqatçılar deyirlər ki, kəşf immunitet sisteminin patogenləri zərər verməzdən əvvəl tapmaq və aradan qaldırmaq qabiliyyətini gücləndirən yeni müalicə üsullarının hazırlanmasına kömək edəcək.

Samir

0