Günvurmasından qorunmaq üçün nələr etməliyik? - Mütəxəssis YOL GÖSTƏRDİ

SAĞLAMLIQ
12:47 / 16.07.2024
441

Havaların isti keçməsi nəticəsində günvurma halları da artır. 

Qızmar yay günlərində günvurma halları kifayət qədər çox olur. Bir çox insan ehtiyatsız davrandığı üçün günvurmaya məruz qalır. 

Bəs günvurmasından qorunmaq üçün nələr etməliyik? 

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, insanlar yay aylarında günvurmasından çox zərər çəkirlər:

"Bu da yalnız insanların özlərinin məsuliyyətsizliyindən irəli gəlir. Halbuki, bu məsələyə qeyri-ciddi yanaşmaq olmaz. Ümumiyyətlə, yay aylarında səhər saat 10:00-dan sonra xüsusilə 30 dərəcənin üzərində olan hava temperaturunda günəş altında olmaq doğru deyil. 

O saatlarda günəş altında qalmaq məcburiyyətində olan insanlar isə müxtəlif yollarla özlərini qoruya bilərlər. Bunun üçün başlarına ağ rəngdə şapka və ya şlayapa taxa bilərlər. Həmçinin, çətirdən də istifadə etmək olar. Bunların istifadəsi çox önəmlidir". 

354241

Ekspert qeyd edib ki, xüsusilə günəşli günlərdə çətirdən istifadə etmək olduqca mühümdür:

"Nəzərə almaq lazımdır ki, çətir bədəni tamamilə günəş şüalarından qoruyur. Günvurması adətən iyun, iyul və avqust aylarında olur. Bəzən sentyabr ayında da ola bilir. Lakin insanlar günvurmasından özlərini qorumalıdırlar".

Qorxmaz İbrahimli çətir məsələsində Naxçıvanı nümunə göstərib:

"Məsələn, Naxçıvanda günəş şüalarından qorunmaq üçün çətirdən istifadə etmək mədəniyyəti formalaşıb. Mən bunu orada çox görmüşəm. Naxçıvanda qadın-kişi fərq etmədən insanlar isti havalarda çölə çıxanda özləri ilə çətir götürürlər. Çünki bunun çox önəmli olduğunu bilirlər".

Pərviz

0