Yeməkdən sonra şirniyyat yemək istəyi, əsəbilik, mənfi emosiyalar fonunda çoxlu miqdarda şirniyyat yemək və dayandıra bilməmək şəkər asılılığının mövcudluğundan xəbər verir.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya profilaktik və qocalma əleyhinə tibb üzrə mütəxəssis, endokrinoloq Kamilya Tabeyeva bildirib.
"İnsanın şəkərdən asılı olduğunu göstərən bir sıra əlamətlər var. Birincisi, yeməkdən sonra aclığınız artıq aradan qalxdıqda şirin bir şey yemək istəyiniz varsa ehtiyatlı olmalısınız. İkincisi, mənfi emosiyaların fonunda yemək davranışınıza diqqət yetirməlisiniz: bu anlarda çoxlu şirniyyat yemək həyəcan təbili çalır. Bundan əlavə, yeməkdən sonra şirin bir şey istəyəndə əsəbilik və dayana bilməmək hissinə qarşı diqqətli olmalısınız", deyə həkim bildirib.
Tabeyevanın sözlərinə görə, şəkər istehlakı beyində dopamin və opioidlərin ifrazını stimullaşdırır.
"Dopamin bağlılıq və “asılılıq” hisslərinin formalaşmasından məsuldur. Və opioidlər nörotransmitterlərin istehsalına təsir göstərir. Onlar əhvalınızı yaxşılaşdırır və eyforiya hissi yaradır. Beləliklə, şirniyyat bir çox problemdən insan üçün xilasedici olur. Onda şəkərdən asılılıq yaranır”, deyə mütəxəssis izah edib.
Samir