Bəzən bədənimizin müxtəlif yerlərində şişlər əmələ gəlir.
Hit.az bildirir ki, bu, vücudda maye yığılması zamanı toxumaların şişməsi nəticəsində baş verir.
Adətən əllər, ayaqlar və bilək kimi nahiyələrdə dəri altında baş verir. Lakin bədənin digərlər nahiyələrində də buna rast gəlmək mümkündür. Bu isə nə estetik, nə də sağlamlıq cəhətdən yaxşı deyil.
Buna baxmayaraq, sözügedən şişlərdən təbii yolla xilas olmaq mümkündür. Ananas sizə kömək edə bilər. Bunun üçün sadəcə bir dilim ananas yemək kifayət edir.
Nəzərə almaq lazımdır ki, ananasın tərkibində bromelain adlı təbii ferment var. Bromelain isə iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu da öz növbəsində toxumalarda şişkinliyi azaltmağa kömək edə bilər. Ananasın yüksək su tərkibi bədənin nəm balansını qorumağa və toksinləri çıxarmağa kömək edir.
Pərviz