Havanın temperaturunun həddindən artıq isti olmasının insanlara bir çox mənfi təsirləri olur.
Hit.az bu gün sizə həmin təsirlərdən bəhs edəcək.
Ümumiyyətlə, bədən temperaturunun 40 dərəcəni keçməsi artıq təhlükədir. Bu vəziyyət təcili tibbi yardım tələb edir. Yüksək hərarət, sürətli nəbz, baş ağrısı, başgicəllənmə, ürəkbulanma və huşun itirilməsi kimi simptomlarla da özünü biruzə verir.
Həddindən artıq tərləmə isə orqanizmin su-duz balansının pozulması nəticəsində yaranır. Bunun simptomlarına isə davamlı tərləmə, solğun və rütubətli dəri, sürətli və ya zəif nəbz, yorğunluq, başgicəllənmə və ürəkbulanma daxildir.
Bundan əlavə, havanın temperaturunun yüksək olması kəskin tərləməyə səbəb olmasının başqa problemləri də var. Belə ki, bədən həddindən artıq su itirir. Bu isə davamlı şəkildə su içmək ehtiyacına səbəb olur. Kifayət qədər su qəbul etməmək baş ağrısı, başgicəllənmə və yorğunluğa gətirib çıxarır.
Üstəlik, davamlı şəkildə tərləmək bəzi insanlarda əzələ ağrılarına da səbəb olur. Onu da qeyd edək ki, həddindən artıq günəşə məruz qalma nəticəsində dəridə yanıqlar da əmələ gəlir. Eyni zamanda, qızartı, ağrı və dəri soyulması kimi əlamətlər olur. Bəzi insanlarda isə havanın temperaturunun kəskin yüksək olması bədəndə səpkilərə səbəb olur.
Sonda daha bir maraqlı faktı da diqqətinizə çatdıraq. Deməli, havanın temperaturunun çox yüksək olmasının diqqətin yayınması, yorğunluq və hətta əsəbilik kimi zehni təsirlərinin də səbəb olduğu ortaya çıxıb.
Bütün bu təsirlərdən qorunmaq üçün isti havalarda bol su içmək, kölgədə qalmaq, açıq və açıq rəngli paltarlar geyinmək, eləcə də fiziki fəaliyyəti məhdudlaşdırmaq vacibdir.
Pərviz