Bu gün satışda müxtəlif növ kimyəvi üz kremləri satılır.
Bəzi sızanaq və ləkə kremlərinin dəri xərçəngi yaratması barədə iddialar var.
İddia olunur ki, bu tip kremlərin tərkibində benzoilleroksid var. Bu maddə də dərini zədələyir.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a bildirib ki, benzoilperoksid bir çox mazların tərkibində var:
"Ümumiyyətlə, akne və ciddi sızanaq xəstəliyi olanlar bu kremlərdən imtina etməməlidir. Kosmetikaya əlavə olunan zərərli maddələrdən biri də elastindir. Adətən bu maddə dəriyə və saçlara qulluq vasitəsi kimi reklam olunur. İnsan yaşlandıqca elastinin molekulları dağılır, nəticədə dəri qırışır. Dərinin cavanlığını qaytarmaq üçün kosmetik vasitələrin əksərinə bu maddə əlavə olunur. Lakin elastin də kollagen kimi heyvandan alındığı üçün insan dərisinə uyğun gəlmir".
Həmsöhbətimiz hesab edir ki, kosmetik məhsul alınarkən , onun tərkibinə fikir verilməlidir.
Sevinc