Kondisionerin səhhətimizə hansı zərərləri var? - ŞOK SİYAHI

SAĞLAMLIQ
16:25 / 19.07.2024
476

Yay aylarının ən çox istifadə olunan elektrikli alətlərinin başında kondisionerlər gəlir. 

Lakin Hit.az bildirir ki, kondisionerlər də bir çox zərərləri var. 

İstiyə qarşı mübarizədə bizə kömək edən bu cihazlar sağlamlığımıza da mənfi təsir göstərə bilir. 

Belə ki, uzun müddət kondisionerin soyuq havasına birbaşa məruz qalmaq tənəffüs yoluxucu infeksiyalara və əzələ ağrılarına səbəb ola bilir. Həmçinin, kondisionerlər havadakı rütubət səviyyəsini azaldır. Bu isə dərinin qurumasına, gözlərin qıcıqlanmasına və tənəffüs yollarında quruluğa gətirib çıxarır. 

Təəssüf ki, kondisioner işləyən otaqların bəzilərində pəncərə və ya havalandırma sistemi olmur. Bu da öz növbəsində problemlər yaradır. Çünki qapalı məkanlarda kondisionerlər otağın havasını daim sirkulyasiya etməsi çirklənmiş hava hissəciklərinin və allergenlərin yayılmasına səbəb olur. 

Bundan başqa, bəzən kondisioner çox uzun müddət təmizlənmir. Çirkli və baxımsız filtrlər isə toz və bakteriyaları havaya yayır. Bu da allergik reaksiyalara və hətta astma xəstəliyinə qədər gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, kondisionerin nəmli daxili mühiti bakteriya və kif inkişafı üçün ideal mühit yaradır. 

Üstəlik, kondisionerin uzun müddət işləməsi immun sisteminin zəifləməsinə və bir çox xəstəliklərə səbəb ola bilər. 

Pərviz

0