“Həkim olmağıma baxmayaraq, mən özünə bu plastik prosedurları etdirən qadınları görəndə şoka düşürəm. Onlar boyları uzun görünsün deyə təpə hissələrinə və dabanlarına dolğu dolduran qadınlardır. Təssüf ki, Bakıda belələri var və sayları az deyil”.
Bu fikirləri Hit.az-a estetik cərrah Venera Cəlalova bildirib:
“Dolğuların yarısı təbii, yarısı süni olur. Dabana doldurulan bu dolğu bədənin ağırlığı ilə bir neçə gündən sonra öz təsirini itirib, yastılaşır. Daban ağrılı nahiyə olduğu üçün xəstə uzun müddət yeriməkdə əziyyət çəkir. Təpəyə vurulan dolğu isə keçəllik yaradır. Saç diblərinə dolan həmin maddə saç köklərini zədələyir. Bu ziyanı qadınlar özlərinə vurmamalıdırlar”, deyə o vurğulayıb.
Murad