İzləyicimiz Aidə Qarayeva sual verir ki, ana südü körpəyə zərərli ola bilərmi?
"Körpəm yeni doğulub. Doğum evində mənə dedilər ki, sənin südün uşağına düşmür, əmizdirmə. Bu nə dərəcədə doğrudur?
Qeyd edim ki, əlavə heç bir xəstəliyim yoxdur”, deyə o bildirib.
Mövzu ilə bağlı Hit.az-a danışan pediatr Sevil Ağamalıyeva bildirib ki, bu fikri bilib- bilmədən səsləndirənlər, böyük xətaya yol verirlər:
“Allah bütün qadınlara süd vermək qabiliyyəti, südü istehsal edə biləcək orqanizm verib. Ana südü möcüzədir və hər uşağın haqqıdır. Ana südü əmmək uşaq orqanizmini fiziki cəhətdən güclü edir. Qadın iki halda süd verə bilməz. Döş giləsi yoxdursa və döşündə açıq yara, xərçəng xəstəliyi varsa. İndi bir çox həkimlər süni uşaq yeməklərini reklam edərək, ana südünün ziyan olduğunu deyirlər. Körpəyə süni uşaq yeməyi yazan hər həkimə hər qutuya görə 30-40 manat ödəniş edilir. Ortalıqda süni yem hazırlayan şirkətlərin pulları və reklamları dövr edir deyə belə bir əfsanə yayırlar”, deyə həkim qeyd edib.
Murad