Azərbaycanda 4 uşağı olmayan qadınlara bu əməliyyatı etmək qadağandır

SAĞLAMLIQ
22:15 / 23.07.2024
387

Azərbaycanda bir çox qadınlar arzuolunmaz hamiləliyin qarşısını almaq üçün uşaqlıq yolu borularının ağzını cərrahi yolla bağlatdırırlar.

Lakin bu əməliyyat hər kəsə tövsiyə olunmur, daha doğrusu , hamı bunu elətdirə bilməz.

Hit.az-a danışan ginekoloq həkim Şəfəq Aşurova bildirib ki, 4 uşaqdan az sayda uşağı olan qadınların bu əməliyyatı keçirməsi qadağandır və peşəsinə hörmət edən həkimlər bunu etmirlər:

“1-2 uşaqdan sonra bu əməliyyatı əsla eləmirik. 3 uşaqdan sonra isə bütün ailə üzvlərinin razılığı ilə, əgər həkim  pasientin səhhətini nəzərə alaraq,  tövsiyə edirsə, boruları bağlamaq olar. 4 uşağı olan analara isə bu əməliyyatı problemsiz həyata keçiririk. Bu əməliyyat geri dönüşü olmayan bir prosedurdur. Uşaqlıq yolu borusunu bağladıb, illər sonra ana olmaq arzusuna düşən xanımlar arzularına çata bilmirlər”,- deyə o qeyd edib.

Murad
 

0