Bitkiləri qorumaq üçün sarımsaqdan İSTİFADƏ EDİN

SAĞLAMLIQ
18:18 / 24.07.2024
396

Bitkilərə qulluq etmək üçün bir çox fərqli metoddan istifadə olunur. 

Hit.az bu gün daha bir fərqli metodu sizin diqqətinizə çatdıracaq. 

Bəzən dibçəkdəki çiçəkləri, bitkiləri bakteriyalar və ya mikroblar yeyir. Onlarla mübarizə aparmaq üçün isə fərqli yollara əl atılır. Ən təbii mübarizə yollarından biri isə məhz sarımsaqdır.

Belə ki, sarımsaqdan istifadə etmək olar. Bununla çiçəklərinizi və bitkilərinizin sağlamlığını qoruyacaqsınız. Sarımsağın qoxusuna görə bakteriyalar dibçəyinizdəki bitkilərə yaxınlaşa bilmirlər. 

Bunun üçün 4 dilim sarımsağı əzin, üzərinə 2 çay qaşığı sulu yağ və 1 çay qaşığı qırmızı bibər tozu əlavə edin. Ardınca isə ona 1 litr su əlavə edib, bir neçə gün gözləyin. 

Bir neçə gün keçdikdən sonra onun üzərinə daha 4 litr su əlavə edin və çalxalayın. Beləliklə, həll olunan məhlulu bitkilərinizin üzərinə səpə bilərsiniz. Bu, yarpaq bitləri, hörümçəklər və digər cücüləri qaçıracaq.

Pərviz

0