İsti yay günlərində spirtli içki qəbul edilməlidir?

SAĞLAMLIQ
20:58 / 24.07.2024
381

İstirahətə gedən insanların əksəriyyəti içki və siqaretə daha çox meyl edir, qidalanmada normadan artıq yüklənir və passiv həyat tərzi keçirir.

İçkilərin müxtəlifliyi istirahət edən insanların da diqqətini çəkir. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, spirtli içki təkbaşına olduqca zərərli bir mayedir və üstəlik, yay aylarında qəbul edilməsi bədənin daha da fərqli reaksiya verə bilmə ehtimalını artırır:

"Müəyyən xəstəliklərin müalicəsi zamanı spirtdən istifadə edilir. Hətta bəzi xəstəliklər zamanı həkimlər xəstələrə az miqdarda spirtli içki qəbul etməyi tövsiyə edirlər. Amma spirtli içkilərin xeyri ilə müqayisədə zərəri daha çoxdur. Həddən artıq qəbul edildikdə spirtli içkilər insan səhhətində bir çox problemlərə yol açır. Dəniz və hovuz mövsümündə içkili olaraq dincəlmək əlbəttə ki, böyük təhlükədir. Çünki az miqdarda qəbul edilən spirtli içki belə əks təsir verərək , insana daha ağır təsir edə bilər. Yay mövsümündə dəniz və hovuzda boğulanların böyük bir qisminin uşaq olduğunu nəzərə alsaq, ya valideynlərin, ya da uşaqların içkili olma ehtimalı da gözardı edilməməlidir”. 

Sevinc

0