Ağızdan gələn pis qoxu artıq bir çox insan üçün kabusa çevrilmiş bir problemdir.
Xüsusilə, sosial həyata təsir edən belə şikayətlər münasibətlərdə soyuqluğa, iş ortamında ayrımçılığa səbəb ola bilir.
Hətta toplumun böyük bir qismində “ayıb” olaraq da dəyərləndirilməkdədir.
Hit.az xəbər verir ki, mütəmadi şəkildə diş fırçalamaq, əlavə olaraq dil fırçalamaq və şikayətiniz olmasa belə ildə bir dəfə diş həkiminə müraciət etmək məsləhət görülür.
Diş fırçalamağın sonrasında diş ipindən istifadə etmək də vacib amillərdəndir.
Siqaret və buna bənzər zərərli vərdişlər bir çox xəstəliyə səbəb olduğu kimi ağız qoxusuna da səbəb ola bilər.
Uzun müddətlik aclıq, ağız quruluğu: Uzun müddət heç bir şey yeməmək və su içməmək ağız quruluğuna və ağız içindəki mikroorqanizmlərin fəaliyyətinin artmasına gətirib çıxarır.
Həmçinin , bəzi dərman maddələri də ağız quruluğuna yol aça bilir.
Qida borusunda kandidoz, qastrit, diabet, qaraciyər və böyrək çatışmazlığı zamanı da ağızdan pis qoxu gələ bilər.
Diş əti xəstəlikləri də xoşagəlməz iyin yaranmasında əsas amillərdən biridir.
Sevinc