“Ən asan və ən çətin qoyulan xəstəlik diaqnozu apendisitdir. Əməliyyatı da həm asandır, həm çətin”.
Bu fikirləri Hit.az-a cərrah, professor Mübariz Əliyev səsləndirib:
“Sovet dönəmində deyirdilər ki, sağ qasıq nahiyəsində ağrı varsa, bu kor bağırsağın sancılanmasıdır, yəni apendisitdir. Bu diaqnozla əməliyyat olunan 3 xəstədən birində irinlənmiş apendisit aşkarlanırdı. Bu bütün dünyada belə idi. İndi USM müayinəsi inkişaf etdikdən sonra ölçülərinin dəyişməsinə əsasən cərrahi əlamətin vacib olub-olmaması barədə rəy yürüdə bilirik. Sağ tərəfdə olan hər sancı kor bağırsaq sancısı deyil. Bu böyrək, sinir, əzələ , ginekoloji ağrılar da ola bilər. Sovet dövründə gündə bir dəfə apendisit əməliyyatı edirdik, indi bu ayda bir dəfə olur. Çünki diaqnozları daha dəqiq qoya bilirik, texniki imkanlar əl verir”.
Murad