Yayın gəlişi ilə çöldə-düzdə quduz heyvanların sayı və onların yaratdıqları xəstəliklər çoxalır.
Bəs görəsən quduzluq nədir, əlamətləri necədir, ən əsası da insanlar üçün təhlükəlidir?
Hit.az-a mözvu ilə bağlı açıqlama verən həkim Sevinc Qurbanova bildirib ki, quduzluq heyvanlardan insanlara keçən xəstəlikdir:
“Bu xəstəlik sinir sistemini iflic edir. O insana yoluxmuş heyvanların tüpürcəklərindən keçən ölümcül virusdur. İnsan ölümlərinə səbəb olur. Quduzluğun qarşısını almaq üçün erkən müdaxilə çox⁶ vacibdir.”,- deyə həkim bildirib.
“Quduzluq it, pişik, at, eşşək, inək, keçi kimi ev heyvanlarından da yoluxa bilər. Çöllərdə isə ayı, çaqqal, donuz, kirpi, köstəbək, canavar, tülkü, yarasa daha tez-tez bu virusa yoluxur. Quduzluq virusuna yoluxan adam təcili həkimə müraciət etməli, quduzluğa qarşı peyvənd vurdurmalıdır. Gecikmə ölümlə nəticələnir. Xəstəlik yarandıqdan və simptomlar başlayandan sonra onu müalicə etmək mümkün olmur”- deyən həkim əlavə edib ki, yoluxma zamanı əlamətlər baş ağrısı, öskürək, qızdırma, uyuşma, ağızda köpük əmələ gəlməsi, aqressivlik və anormal davranışlar şəklində özünü göstərir.
Murad