Bu ləziz bostan bitkisi infarktın dərmanı imiş...

20:32 / 26.07.2024
431

Mövsümü gəlib, piştaxtları yemişin, qovunun ətri bürüyüb. Çox zaman deyirlər balla yemiş insanın düşmənidir. 

Əslində bu söz ona görə deyilib ki, hər ikisi şirin olduğuna görə təzyiqi qaldıra bilər.

Hit.az-a açqılama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, əslində yemiş çox faydalı bitkidir:

“Onun tərkibindəki fol turşusu  ürəyin infarkt olmasının qarşısını alır. Yemiş beyinə gedən qanın miqdarını artırır, beyinin qidalanmasını yaxşılaşdırır. Yemişin tərkibindəki bol beta karotin həm xərçəng olmadan qoruyur həm də, xərçəngin müalicəsində çox faydalıdır.” 

Onun sözlərinə görə, xalq təbabətində yemiş saç tökülməsinin, dəri xəstəliklərinin, öskürəyin müalicəsində istifadə olunur.

Murad

0