Qarabaşaq bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında bildirib ki, bu məhsulda dəmir, maqnezium, fosfor, kalsium, sink var:
"Qarabaşaq yarması A, D, C, E vitaminləri ilə yanaşı, B, P, PP qrupunun vitaminləri də zəngindir. Qarabaşaq özü qlütensiz məhsuldur, bu amil xüsusilə seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) kimi xəstəliyi olan insanlar üçün vacibdir. Qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin, yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir. Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir".
Sevinc