Hər yaşda seksuallığı yaşamaq normaldırmı?

SAĞLAMLIQ
22:56 / 26.07.2024
443

Sağlam cinsi həyat insanın fiziki və ruh sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərməklə yanaşı, cütlük arasındakı əlaqə  üçün də böyük əhəmiyyət kəsb edir.
 
Maraqlıdır, hər yaşda seksuallığı yaşamaq normaldırmı?

Uroloq-androloq Ramiz Abdullayev Hit.az-a deyib ki, cinsi istəyin olmaması kişilərdə mühüm problemdir. Kişilər hormonlar baxımından qadınlardan daha şanslı olsalar da, yaşlandıqca və andropoz zamanı testosteron səviyyələrində azalma da ola bilər: 

“Bu vəziyyət cinsi istəyin azalmasına, həmçinin ereksiya və boşalma problemlərinə səbəb ola bilər. Onu da deyim ki, aktiv cinsi həyatı olan yaşlı kişilər ürək-damar xəstəliklərindən daha az əziyyət çəkirlər”. 

Həmsöhbətimiz onu da deyib ki, bəzən yaşla cinsi funksiyalar azala bilər. Xüsusilə, qadınlarda menopozun başlaması ilə hormon səviyyələrində ciddi azalmalar müşahidə olunur. 

Sevinc

0