Hər bir insan ideal bədən quruluşuna sahib olmaq istəyir.
Hit.az bildirir ki, ona görə də çəkisi artıq olan şəxslər arıqlamaq üçün müxtəlif yollara əl atırlar.
Bunlardan ən məşhuru pəhriz saxlamaqdır. Amma bəzi pəhrizlər sağlamlığınıza çox ciddi zərər verə bilər. Hətta mütəxəssislər həkimlə məsləhətləşdikdən sonra pəhrizə başlamağı tövsiyə edirlər. Çünki qısa müddət ərzində arıqlamağı vəd edən pəhrizlərin bir çox ziyanı olur.
Sağlam və qalıcı çəki itirmək üçün balanslaşdırılmış və davamlı pəhriz rejimi ilə yanaşı, müntəzəm fiziki fəaliyyət tövsiyə olunur. Həmçinin, pəhrizə başlamazdan əvvəl bir sağlamlıq mütəxəssisi və ya dietoloq ilə məsləhətləşməlisiniz.
Bəs sürətli şəkildə arıqlamağı vəd edən pəhrizlərin əsas zərərləri nələrdir?
1. Əzələ itkisi
Sürətli şəkildə arıqlamaq bədəndə su və əzələ itkisinə səbəb olur. Əzələ itkisi isə öz növbəsində maddələr mübadiləsinin yavaşlamasına gətirib çıxara bilər. Əslində, bu arıqlama prosesini çətinləşdirir.
2. Davamsızlıq:
Sürətli arıqlama pəhrizləri çox vaxt davamlı olmur. Bu pəhrizlər dayandırıldıqda isə itirilmiş çəki tez bərpa olunur. Hətta bəzən sonradan itirdiyinizdən daha çox çəki alırsınız.
3. Psixoloji təsirlər:
Qısa müddət ərzində arıqlama pəhrizləri uğursuzluq hisslərinə və özünü narahat etməyə səbəb ola bilər. Yəni bu proses depressiya riskini artıta və emosional olaraq yemək yemə istəyi yarada bilər.
4. Öd daşları:
Sürətli kilo itkisi öd daşların əmələ gəlmə riskini artıra bilər. Belə ki, orqanizm yağları tez parçaladığı üçün öd kisəsində daşlar daha asan əmələ gələ bilər.
5. İmmunitet zəifləyir
Arıqlama prosesində bədən qəfil və kəskin kalori məhdudiyyətlərindən qorunmaq üçün maddələr mübadiləsini yavaşladır. Bu isə arıqlamağı çətinləşdirə və pəhriz dayandıqdan sonra artıq çəki almağınıza səbəb ola bilər.
6. Qida çatışmazlığı:
Sürətli arıqlama pəhrizləri adətən çox aşağı kalorili olur. Ona görə də orqanizmə lazım olan vitamin və minerallar kifayət qədər alınmır. Nəticədə, aşağı enerji, zəifləmiş immunitet sistemi və digər sağlamlıq problemləri başlaya bilər.
Pərviz