Uşaqları və valideynləri narahat edən bit-sirkə...

SAĞLAMLIQ
19:39 / 30.07.2024
506

Yəqin çoxları xatırlayır, sovet dövründə məktəblərdə tibb bacısı və ya həkim həftədə bir dəfə sinifləri gəzərək, uşaqların saçını yoxlayır, bit və ya yumurtası tapılan uşağın validyenini çağırır, dərman yazır və təmizləmək üçün məsləhətlər verir, sinfi xəbərdar edirdi. 

Sanki o zamanlar bit də trend kimi yayılırdı.

Məlumdur ki, bu günlərdə Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb. 

7 yaşlı uşağın başına bit düşüb. Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, sirkə bitin yumurtasıdır. Sirkə ayrıca bir həşərat deyil. 7-8 gün sonra bu yumurtalardan bit çıxır: 

“Əgər uşaq başını qaşıyırsa , yoxlamaq lazımdır. Bit olduğunu biləndə isə gizlətmək lazım deyil, əksinə başqa uşaqlara da keçməsin deyə tədbirli olmaq gərəkdir. Bit qaşıntısı usaği ciddi narahat edir. Onu da deyim ki, antibit şampunları effektsizdir, bitə hər hansı təsir edə bilməz. Bit , ya da sirkənin mexaniki təmizlənməsi də uşağı incidir və məntiqli deyil. Bunun üçün pedeks məhlulu çox yaxşıdır”.

Sevinc
 

0