İsti yay günlərində əksər insanlar yağlı, kalorili yeməklərdən imtina edir. Yüksək temperatura görə onlar isti qidadan çox sərin içkilərə üstünlük verirlər, müxtəlif növ maye qəbulu ilə bədənin enerjisini az da olsa bərpa etməyə çalışırlar.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yay mövsümündə və havanın isti keçdiyi dövrlərdə duz və duzlu qidaları (şorbalar, kolbasa məhsulları, çipslər və digər) mümkün qədər azaltmaq lazımdır:
“Bu cür qidalar bədəndə yüksək təzyiq və ödəm (bədəndə şişkinlik) yaratmaq xüsusiyyətinə malikdir. Un məmulatlarından hazırlanmış şirniyyatların əvəzinə dondurmalar, meyvə salatları və süddən hazırlanan şirniyyatlara üstünlük verilməlidir. Yay aylarında yağların və karbohidratların qəbulunu azaltmaq məsləhətdir. Diabet xəstələrində hipoqlikemiyaya (qan şəkərinin ani düşməsi) çox rast gəlinir ki, bunun da qarşısını almaq məqsədilə yemək aralarında quru meyvələrdən, eyni zamanda ayrandan istifadə etmək uyğundur”.
Sevinc