Ötən gün dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü idi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni 2 milyarda yaxını hepatitdən əziyyət çəkir, 325 milyon nəfər, yaxud Yer kürəsinin hər üç sakinindən biri hepatit B və ya C virusu ilə yaşayır.
Hər il 900 min nəfər B virusundan vəfat edir.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, Hepatit virusları selektivdir. Bunlar hepatosit hüceyrələrində oturur və qaraciyəri zədələyir:
"Ona görə də adları hepatit viruslardır. “Hepatit A” virusu ancaq hava-damcı yolu ilə keçir və yoluxucu xəstəlikdir. Qalan növləri isə, yəni B, C, D, E “Hepatit A” virusunun formalarıdır. Bunlar qanla-kontakt yolu ilə keçirlər. Yoluxucu virus hava-damcı yolu ilə insandan-insana keçir. İnfeksiya üzü, göz dibini sarıya boyadığına görə o, sarılıq adlanır. Hepatitlərin digər növü B, C, D, E əmələ gəlməzdən qabaq Hepatit A virusu, yəni infeksion sarılıq zaman-zaman insanlar arasında yayılır. Hepatit B, C, D, E hamısı A-nın forma dəyişikliyidir".
Sevinc