Gec yatmağın ən böyük təhlükəsi açıqlandı

SAĞLAMLIQ
17:52 / 01.08.2024
387

Böyük Britaniyanın Exeter Universitetinin alimləri müəyyən ediblər ki, gecə yarısı və ya daha gec yatağa gedən insanlarda ürək-damar xəstəliklərinə tutulma riski 25% artır. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) jurnalında edilib.

Altı illik araşdırmada 80 mindən çox kişi və qadın iştirak edib. Alimlər iştirakçıların həyat tərzi və yuxu rejimi haqqında məlumat toplayıblar. Daha sonra əldə edilən məlumatlar könüllülərin fiziki sağlamlığının göstəriciləri ilə müqayisə edilib.

Məlum olub ki, yuxu vaxtı ürək-damar sağlamlığını qorumaq üçün vacibdir. Alimlər müəyyən ediblər ki, gecə yarısından sonra yuxuya gedənlər ürək xəstəliyinə tutulma riskini dörddə bir artırır. Tədqiqatçılar yuxuya getmək üçün ən uyğun vaxtı 22:00-23:00 arasında müəyyən ediblər. Bu zaman bədən sürətlə yuxuya getməyə və keyfiyyətli yuxuya kömək edən bir vəziyyətdədir.

Çox erkən yatmağın da orqanizmə fayda vermədiyi qeyd edilir. Alimlər hesablayıblar ki, axşam saat 10-dan əvvəl yuxuya getmək ürək və damar problemləri ehtimalını 12% artırır.

Samir
 

0