Süfrələrin bəzəyi sayılan reyhan min dərdə dəva imiş

SAĞLAMLIQ
19:31 / 02.08.2024
361

Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var.

Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərin də dərmanıdır.

Hit.az xəbər verir ki, reyhan tərləmənin qarşısını alır və bədəndəki pis qoxuları yox etmək iqtidarındadır. 

Bundan başqa, reyhan təsirli qoxusu ilə zərərli həşəratları və zərərvericiləri dəf edir, tətbiq olunduğu yerin havasını təravətləndirir, təzələyir və yumşaldır.

Sakitləşdirici keyfiyyətə malikdir, mədəyə faydalıdır. Revmatizm, ürək döyüntüsü və hemoroid kimi xəstəliklərin müalicəsində istifadə edilən bu bitki immunitet sistemindən həzm sisteminə qədər bir çox sağlamlıq problemi ilə mübarizə aparır.

Bununla yanaşı, qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır , həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır.

Sevinc

0