Özümüzü yorğun hiss edəndə, xəstələnəndə, rahatlanmaq istəyəndə ağlımıza ilk gələn şey masajdır. El dilində desək “ovxalanmaq”.
Bəs görəsən masajın həqiqətən müalicəvi xüsusiyyəti var , yoxsa buna sadəcə özümüzü inandırmışıq.?
Hit.az-a açıqılama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, masaj müalicəvi təsir edir. Qan dövranını sürətləndirməklə orqanizmə sürətləndirici, oyandırıcı təsir göstərir:
“Əzələlərin qısalması, ifliclər zamanıı masaj mütləqdir. Orqanizmdə 400-dən çox əzələ var, masaj vasitəsilə biz onların çoxuna toxuna bilirik. Əzələlərin masajı beyini sakitləşdirir, arterial təzyiqi aşağı salır".
Həkimin sözlərinə görə, masaj İmmun sistemini gücləndirir, qan dövranını tənzimləyir, metabolizmi sürətləndirir, həzm və ifrazat sistemini yaxşılaşdırır, yağ yandırılmasını sürətləndirir, yuxu rejimini tənzimləyir. Başqa sözlə masaj ümumilikdə , kiloların atılması üçün ən yaxşı vasitələrdən biri sayılır:
“Stress və yorğunluğu aradan qaldırır, qocalmağı gecikdirir, hüceyrə yenilənməsini sürətləndirir, toksinlərin atılmasını təmin edir".
Murad