Yay aylarında insanlar dağda-bağda, istirahətdə daha çox kabab yeməyə üstünlük verir.
Çox dadlı olan bu ət yeməyinin bir zərərləri də az deyilmiş.
Manqalda bişmiş, qızarmış kababın elə zərərləri var ki, ölümcül belə ola bilər.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qırmızı ətin qril və manqalda kömürdə qızardılıb, çox miqdarda və tez-tez yeyilməsi mədə-bağırsaq, xüsusilə dı zərif orqan olan mədəaltı vəzin onkoloji xəstəliyə tutulma riskini artırır:
"Közdə qızaran ətdən yayılan o ətirli tüstüdə kanserogen qazlar olur. Manqal yanında çox dayanmaqla tənəffüs və dəri vasitəsilə bu maddə orqanizmə düşür. Ona görə kabab bişirərkən uzun qol, bağlı geyinməli, bişirdikdən sonra o geyimi soyunmaq və yumağa vermək lazımdır. Həmçinin, kabab yüksək təzyiq və miqren yaradır. Bu da elmi təcrübə ilə sübut olunub: arterial hipertenziya daha çox qızarmış ət yeyənlərdə olur. Belə ki, közdə, manqalda hazırlanan ət və toyuqda yaranan maddə hüceyrələr arası sərbəst radikalları artırır. Nəticədə damarların vəziyyəti getdikcə pisləşir, ateroskleroz yaranır, burda da yüksək təzyiq, infarkt və insult riski artır”.
Sevinc