Keçi əti istehlak edilməlidirmi?

SAĞLAMLIQ
21:54 / 06.08.2024
364

Keçi ətindən dünyanın hər bir yerində istifadə edilir.

Keçinin südündən, dərisindən və tükündən də istifadə edilir.

Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, keçi əti həqiqətən də insan orqanizmi üçün faydalıdır. Tərkibində olan vitaminlər və minerallar orqanizmə az qala yenidən can verir:

"Az yağlı olduğuna görə diyetik də demək olar. Qanın tərkibində olan hemoqlobini artır. Ürək-damar xəstəlikləri riskini azaldır. Keçi ətinin tərkibi altsheymer xəstəliyinə qarşı qoruyucu maddələrlə zəngindir.  Keçi əti qara ciyərə müsbət təsirə malikdir. Alkaqol, nikotin, qida və dərman zəhərlənmələri zamanı orqanizmi tər-təmiz edir. Keçi əti nadir hallarda allergiyaya səbəb olur. Hətta uşaqların qidalandırılması üçün də münasibdir”.

Həmsöhbətimiz onu da bildirib ki, digər ətlərlə müqayisədə keçi ətində B1 ve B2 vitamini daha çoxdur. Bu vitaminlərin çox olması isə dəridə hər hansı yaranın tezliklə sağalmasına kömək edir. Həmçinin sinir hüceyrələrini də qoruyur.

Sevinc

0