Bəzi insanlar yeməkdən sonra gəzməyə, yürüyüş etməyi sevir. Kimisi bunu sağlamlıq, kimisi də çəki atmaq üçün edir.
Dietoloq Leyla Sarıyeva Hİt.az-a deyib ki, çoxlu şəkər qəbul etdikdən sonra uzun müddət gəzmək məqbuldur:
“Yeməkdən sonra gəzinti etmək qan şəkərinin sağlamlığını dəstəkləməyə kömək edir, xüsusən də yeməkdən sonra qan şəkərini yüksəldir. Müsbət təsirin davam etməsi üçün mütəmadi olaraq, gəzmək lazımdır. Ancaq onu da deyim ki, yeməkdən dərhal sonra gəzmək yeyilən qidalardakı qida elementlərinin həzmi çətinləşdirir. Gəzmək 30 dəqiqə 1 saat sonra edilsə , hər istiqamətdən daha faydalı olacaq”.
Sevinc