Detoks suları içilməlidirmi?

21:37 / 09.08.2024
290

Əksər insanlar adi suyu deyil, detoks suları istehlak etməyə üstünlük verir.

Həm su, həm də çay şəklindəki "detoks" içkilərinin hazırlanmasında alma, şaftalı, limon, limon yarpağı, ərik, qurudulmuş çobanyastığı və lavanda, böyürtkən, hil toxumu, yerkökü suyu, manqo, itburnu, adaçayı, xiyar, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə ən effektli qidalar hesab edilir.

Bəs bu içkilərdən hər kəs istifadə edə bilərmi?

Dietoloq Leyla Sarıyeva Hit.az- a deyib ki, detoks suları bədəndən bütün zərərli maddələri çıxararaq bağırsaqları təmizləməyə kömək edir: 

"Suya əlavə edilən ərzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fosfor və bəzi vitaminlərin bağırsaqlar tərəfindən sorulmasına mane ola və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də, "detoks" içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır".

Dietoloq hesab edir ki, detoks suyunun orqanizmə çox xeyri var. Bu su vasitəsilə orqanizm həm toksinlərdən təmizlənir, həm də lazım olan vitamin və minerallarla təmin olunur.

Sevinc

0