Zəy haqqında bilmədiklərimiz

SAĞLAMLIQ
21:01 / 12.08.2024
312

Çoxları zəyin nə olduğundan xəbərsizdir.  

Halbuki bu təbii kristal həm çox ucuz, həm də çox faydalıdır.

Aran bölgəsində zəydən əsasən suyu durultmaq üçün istifadə edirlər.

Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, təxminən 100 litr suyun içərisinə 1 qram zəy atıb qarışdırdıqda zəy suyu göz yaşı kimi duruldur:

"Zəy güclü antiseptikdir. O sudakı zərərli mikrobları məhv edir. Zəyin büzüşdürücü  xüsusiyyətləri olduğuna görə ondan qankəsici vasitə kimi istifadə edilir. Zəyli su ilə yuyunmaq üz dərsini gözəlləşdirir.  Səpki və civzələrdən təmizləyir. Çox qədimlərdən bəri qadınlar zəydən ginkoloji məqsədlərlə də istifadə ediblər. Belə ki, zəy uşaqlıq boynunu daraldır, intim bölgədəki yara və səpgiləri, mikrobları məhv edir. Kristal təbii maddə sayılan zəyi istənilən aptekdən çox ucuz qiymətə əldə etmək olar. Zəydən istifadə edin, bahalı su filtrlərinə boş yerə pullar xərcləməyin".

Murad
 

0