Öz övladını öldürən analar artır...

SAĞLAMLIQ
20:42 / 12.08.2024
281

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Baş müşaviri Fərid Babayev avqustun 2-də Mediada Gender Həssaslığının artırılması mövzusunda çıxışı zamanı Azərbaycanın selektiv abortlara görə ardıcıl 7 ildir ki, dünyada birinci yeri tutduğunu söyləyib.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, Azərbaycan artıq bir neçə ildir ki, selektiv abortların sayına görə dünyada birinci yerdədir:

"Gənclərin seksual azadlıq məsələsi var ki, bu, cəmiyyətdə tabudur. Cinsi tərbiyə, reproduktiv sağlamlıq haqqında məlumatlar gənclərə verilmir. Buna məktəb yaşından başlamaq lazımdır. Bu, olmadığına görə fəsadları böyükdür. Təzə ailə quran gənc artıq hiss edir ki, boşanacaq, ona görə də uşağı dünyaya gətirmək istəmir. Abortun sayını artıran səbəblərdən biri həm də ikinci qız uşağı abortudur. Bunu ya birinci uşaqdan sonra ailədə yarana gərginlik səbəbilə boşanmağa hazırlaşan şəxslər edir, ya da oğlan uşağı istəyənlər. Əslində bu məsələnin arxasında dəhşətli problemlər dayanır. Abort edən adam kim olursa-olsun, öz uşağının ölümünə qərar verirsə , artıq onun qəbində bir çox mənəvi dəyərlərə münasibət dəyişir".

Sevinc

0