Qarpız seçərkən nələrə diqqətə etməliyik? - 6 İPUCU

SAĞLAMLIQ
15:00 / 13.08.2024
339

Yay mövsümünün ən sevilən giləmeyvələrindən biri də qarpızdır.

İnsanın su ehtiyacını qarşılayan, bədəni sərinlədən qarpızın faydalarını saymaqla bitməz. Amma bəzən qarpız seçərkən yanıla bilirik.

Ona görə də bu gün yaxşı qarpızı necə tanıya biləcəyimizdən bəhs edəcəyik. 

Hit.az sözügedən ipuclarını təqdim edir:

1. Xarici görünüş 
Əvvəla, qarpızın xarici parlaq və canlı rəngdə olmalıdır. Solğun rəngdə olan qarpızlardan isə uzaq durmaq lazımdır.

2. Rəng
Qarpızın qabıqlarında olan yaşıl rənglər açıq şəkildə görünməlidir. Qarpızın altında, torpaqla təmasda olan hissəsində sarı ləkə olmalıdır. Bu ləkənin rəngi nə qədər tünd sarıdırsa, qarpız bir o qədər yetişmiş olur.

3. Çəki
Qarpız həcminə görə ağır olmalıdır. Qarpızın ağır olması daxilində şirin su miqdarının çox olmasından xəbər verir.

4. Səs
Qarpıza yavaşca vurduqda, bərk səs çıxmalıdır. Əgər boğuq və ya yavaş səs çıxırsa, bu, qarpızın tam yetişmədiyinə işarədir. 

5. Gövdə
Nəzərə almaq lazımdır ki, qarpızın gövdəsi qurudulmalıdır. Yaşıl və təzə görünən gövdə qarpızın tam yetişməmişdən əvvəl yığıldığını göstərir. 

6. Forma
Qarpızın forması simmetrik olmalıdır. Ölçüsü fərqli olan qarpız tam yetişməmiş ola bilər. 

Pərviz

0