Vitamin D-nin çatışmazlığı nələrə səbəb olur?

SAĞLAMLIQ
20:38 / 13.08.2024
309

D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox yerində vacib vəzifələri olan vitamindir.

D vitamin çatışmazlığın qabağını almaq üçün günəşlənmək  və D vitamini tərkibli qidalar qəbul etmək lazımdır.

Amma bütün tədbirlərə baxmayaraq, bir sıra ölkələrdə və qocalarda D vitamini çatızmazlığı ciddi sağlıq problemlərinə yol açır.

Həkim ekspert3 Pərvanə Mustafayeva Hit.az-a şərhində bildirib ki, D vitaminin dəridə əmələ gəlməsi yaşla azalır. Tünd dərililərdə isə vitamin D -nin dəridə əmələ gəlməsi üçün günəş altında çox qalmasına ehtiyac var, xüsusilə də qış aylarında:

"Günəş kremləri (SPF faktoru 20 və çox olan) istifadə edənlərdə D vitamini əmələ gəlmir. Bəzi qidalarda D vitamini təbii olaraq, vardır. Balıq, kərə yağı, süd, yulaf, yumurta sarısı, qaraciyər, xüsusilə yağlı olan dəniz balıqlarından somon, tuna balığında vardır. Bitkilərdən cəfəri, yoncada mövcuddur".

Həkim deyib ki, D əksikliyi həm uşaqlarda, həm də yetişkənlərdə ciddi xəstəliklərə səbəb ola bilər.

Sevinc

0