Sofi Lorenin gözəllik sirri - Min dərdə dərman kəklikotu...

SAĞLAMLIQ
20:16 / 14.08.2024
313

Hazırda 90 yaşı olan dünya şöhrətli kinoaktrisa Sofi Loren gözəllik sirrini açıqlayarkən bunu kəklikotuna borclu olduğunu deyib.

Aktrisa bildirib ki, ömrü boyu kəkotu( kəklikotu da deyirik)  çayı içdiyinə görə gənc qala bilib. 

Bizim mətbəximizdə də yer alan kəklikotunun hansı faydaları var?

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, kəklikotu hüceyrələrdə və orqanlarda erkən yaşlanma əlamətlərinin qarşısını alır:

“Tərkibindəki antioksidant və yüksək miqdarda flavonoidlər səbəbindən sağlam hüceyrə funksiyasını qoruyur. Bundan başqa, qan təzyiqini aşağı salır, soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemləri zamanı ən şəfalı bitki kimi istifadə edilir. Avropada aparılmış araşdırmalara görə, kəklikotunun tərkibində olan karvakrol xərçəng xəstəliyindən qoruma xüsusiyyətinə malikdir".

Murad

0