Gözaltı torbaları evdə necə aradan qaldırmaq olar?

SAĞLAMLIQ
21:04 / 15.08.2024
347

Gözaltı torbalar yaşa dolduqca bir çox xanımların kabusuna çevrilir.

Bəs görəsən estetik əməliyyat etdirmədən, onları aradan qaldırmaq mümkündür?

Kosmetoloq Aliya Cəfərli Hit.az-a bildirib ki, gözaltı torbaların yaranmaması üçün gecələr az su işmək lazımdır. Bundan əlavə, yağlı, duzlu, kəskin ədviyyatlı yeməklər gözaltı torbaların yaranmasına səbəb olur:

"Gözaltı torbaları qaldırmağın ən asan yollarından biri qaşıq üsuludur. Buzxanaya 2 xörək qaşığı qoyun. Çox sərin olduqdan sonra bu qaşıqları gözaltı torbaların üstünə qoyun. Qaşıqlar isindikcə proseduru təkrarlayın. Hər gecə yarım saat buz effekti torbaları yatızdırır. Bundan başqa, gül suyundan buz hazırlayıb həmin buzal üzü yumaq,gözaltına qoymaq dəriyə çox müsbət təsir edir".

Murad
 

1