Fındıq bir çox faydalı maddələrlə zəngindir.
Mütəxəssislər təzə fındığı ən faydalı hesab edir ki, onun tərkibində olan qiymətli maddələrin miqdarı daha çoxdur.
Hit.az xəbər verir ki, fındıq sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, stressi azaldır.
Fındıq ən güclü antioksidantlardan biri olan E vitamini ilə çox zəngindir. Bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.
Həmçinin, fındıq qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır. Fındıq immun sistemini möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.
Bununla yanaşı, onkoloji xəstəliklərinin riskini azaldır.Bu səbəbdən mütəxəssislər gün ərzində ən çoxu 1 ovuc fındıq yeməyi tövsiyə edirlər.
Sevinc