Meymunçiçəyi virusunun Azərbaycanda yayılma ehtimalı var?

SAĞLAMLIQ
16:28 / 16.08.2024
355

"Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bildirib.

O, bütün ölkələri “nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə” çağırıb.

Maraqlıdır, meymunçiçəyi virusu nədir və hansı simptomları olur?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, bu virus çiçək virusu qrupuna aiddir.  Son günlər bunun mutasiyaya uğramış variantı sürətlə yayılır:

"Buna görə Ümumdünya Səhiyyə Təşkilatı artıb narahatdır. Həmin ərazilərə giriş-çıxış qadağan edilməlidir. Düşünürəm ki, epidemiya yayıla bilər, amma bunun qlobal bir pandemiya yaratma ehtimalı yoxdur. Virusun əlamətləri qızdırma, bel ağrısı, ümumi halsızlıqla müşahidə olunur. Dəridə ağ və yaşıl maye ilə dolu qabarçıqların yarandığını görürüksə, deməli, sözügedən xəstəliyə yoluxmuşuq. Bunlar “meymunçiçəyi”nin əsas əlamətidir. Xəstəliyin inkubasiya dövrü 10-12 gündür. Bu xəstəliyin Azərbaycanda yayılma ehtimalı var. Nəzərə alsaq ki, adıçəkilən virus mutasiyaya uğrayıb, o zaman təhlükə daha da böyüyür. İstənilən halda ehtiyatlı olmaq lazımdır".

Sevinc

0