Son zamanlar psixoloqlar şüuraltı terapiyanın faydaları haqqında sosial şəbəkədə məlumatlar paylaşır.
Maraqlıdır, şüuraltı nədir və şüuraltı olaraq hər şey yaxşılaşa bilərmi?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, beyində şüurlu şüurundan başqa, şüurlu səviyyədə idarə edə bilənilən intellektual sistemlər də var. Onu bədənimizdəki qeyri-iradi əzələləri idarə edən və bütün hiss proseslərini emal edən usb sistemi ilə müqayisə edə bilərik. Şüuraltı zehnin məqsədi insanı canlı və təhlükəsiz saxlamaqdır:
"Hər şeyin şüuraltı olaraq yaxşılaşdığını ümumiləşdirə bilməsək də, bir çox mənfi əhval-ruhiyyə və təcrübələr şüuraltı səviyyələrdə işləməklə daha funksional hala gətirilə bilər.Şüuraltı terapiya isə zehnin rahat olduğu zaman tətbiq edilən hipnotik olmayan bir texnikadır. Onun məqsədi keçmişdə mənfi emosiyaların, düşüncələrin və davranışların yaratdığı və indiki həyata təsir edən psixi, zehni, emosional və fiziki tıxanmaları müəyyən etməkdir. İnsanın imkan verdiyi dərəcədə bu tıxanmaları aradan qaldırmaq mümkündür. Beynimizi qorumaq üçün ağlımız bütün narahatedici məqamları şüuraltına göndərir və hadisəni unutmaq üçün lazımi müdafiə mexanizmini inkişaf etdirir. Ancaq həll olunmadan şüuraltına atılan bu cür məqamlar enerji sahəmizdə təzyiq yaratmağa davam edir və oxşar vəziyyətlər yarandıqda işə salınır".
Sevinc