Şirin və acı bibərin kiloqramı bazar və yarmarkalarda 1 manatdan başlayaraq, müxtəlif qiymətlərə satılır.
Zövqə görə yeməklərin tərkibinə şirin bibər vuran da var, acı bibər vuran da.
Bibərin insan orqanizminə faydalarını saymaqla bitməz.
Hit.az xəbər verir ki, yaşıl bibərin faydaları saysız-hesabsızdır. Əhəmiyyətli C, E, A və K vitaminlər mənbəyi olan bu tərəvəzin istehlakı yaşlanma əleyhinə təsir göstərir.
Yaşıl bibər dərini hamar saxlayır və dəridəki qırışları azaldır, yüksək vitamin və mineral tərkibinə malikdir.
Bağırsaq sağlamlığına faydalıdır və immunitet sistemini gücləndirir.
Qırmızı bibər xərçənglə döyüşdə ən böyük köməkçilərinizdən biridir.
İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir. Prostat, pankreas və rəhm xərçəngi bu xərçəng növləri arasındadır.
Qırmızı bibər antioksidan baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldar. Asanca kilo vermənizi təmin edər.
Bu tərəvəzlər bədən istiliyini artırır və oksigen ehtiyacı yaradır. Bunun sayəsində kilo vermək daha asan olur.
Qırmızı bibərin içərisində olan A vitamini gözlərə və immunitet sisteminə yaxşı gəlir.
B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə köməkçi olar.
Acı bibər də faydalıdır. Belə ki, acı bibəri yemək immunitet sistemini gücləndirir, beyin fəaliyyətini yaxşılaşdırır, ürək sağlamlığını dəstəkləyir, xərçəng riskini azaldır və həzmi yaxşılaşdırır. Lakin onun həddindən artıq istehlakı mədə narahatlığına, ishal və ya qəbizliyə səbəb ola bilər. Həmçinin, bəzi insanlar acı bibər yedikdən sonra allergik reaksiyalar yaşaya bilər.
Sevinc