Rotavirus epidemiya törədə bilər? - İnfeksionistdən AÇIQLAMA

SAĞLAMLIQ
14:28 / 20.08.2024
379

Təəssüf ki, rotavirus ölkəmizdə hələ də yayılmağa davam edir.

Xüsusilə azyaşlı uşaqların bu virusa yoluxduğunu qeyd etmək lazımdır. İndi məktəblərdə tətil olduğu üçün şagirdlər arasında yoluxma sayı azalıb. Lakin bağçalar hələ də fəaliyyət göstərdiyi üçün uşaqlar arasında yoluxmalar qeydə alınır. 

Çünki bir uşaq bu virusa yoluxduğu zaman ətrafında təmasda olduğu digər uşaqları da yoluxdura bilir. Buna görə də rotavirusa yoluxma sayının daha da artmasından ehtiyat edilir. Bəzi valideynlər isə sözügedən virusun epidemiyaya çevrilmə ehtimalından narahatdırlar.

Ümumiyyətlə, rotavirus epidemiyaya çevrilə bilər?

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, rotavirusun epidemiya törətmə potensialı yoxdur:

356359

"Çünki adətən hava-damcı yolu ilə yayılan viruslar epidemiya törədə bilir. Rotavirus isə kontakt, eləcə də fekal-oral yolla yoluxur. Yəni əllər çirkələnəndə yoluxma baş verir. Ümumiyyətlə, rotavirusa qarşı uşaqlar daha çox həssas olurlar".

Həkim diqqətə çatdırıb ki, rotavirus illərdir mövcud olan virusdur:

"Amma indiyə kimi epidemiyaya səbəb olmayıb. Buna baxmayaraq, endemik proseslərə səbəb ola bilər. Məsələn, bağçalar və ya məktəblərdəki azyaşlı uşaqlar qrup şəklində bu virusa yoluxa bilərlər. Lakin rotavirus böyük miqyasda epidemiya törətmək potensialına sahib deyil".

Pərviz

0