Məlum olduğu kimi, Ağdaş sakini intihar edib. Rayon sakini, 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, bu kimi xəstəlikdən əziyyət çəkən insanlar intihara əl atırlar.
Onkoloji xəstələrə psixoloji yardım mütləqdirmi?
Onlara psixoloji necə dəstək olunur?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xəstəliyi ilk öyrəndikləri zaman psixoloji reaksiya verirlər:
"İlk vaxtlar panik pozuntu və təşviş pozuntusu ortaya çıxır. Onkoloji xəstələrdə ağrı, iştahsızlıq, öz işlərini görə bilməmək, möhtac qalma kimi narahatlıqlara bağlı olaraq xəstənin psixoloji vəziyyəti daha da pisləşir. Yaxşı olar ki, xəstəliyin diaqnozu xəstəyə deyilməzdən öncə həmin şəxs psixoloji yardım alsın. Psixoloq və yaxınları münasib bir dildə xəstəyə diaqnozun nə olduğunu açiqlasınlar. Belə olarsa xəstə travma almadan, "niyə mən" sualları ilə özü-özünü bezdirməsin. Psixoloji yardım vasitəsilə xəstənn zədələnmiş mənlik dəyəri korreksiya olunur. Yeni həyat planı və gələcəklə bağlı planları formalaşdırılır. Ümumiyyətlə, onkoloji xəstələrdə tibbi, psixiatrik, sosial və psixoloji yardım eyni səviyyədə, paralel şəkildə tətbiq olunmalıdır".
Sevinc