Hit.az “Hüququmuz var” rubrikasında növbəti suala cavab axtarır.
Sığortalı səhiyyə xidmətləri formalaşdıqdan sonra qeydiyyatda olduğumuz poliklinikalarda bizlərə ailə həkimləri təhkim edilib.
Bəs ailə həkimi necə təyin edilir, özümüz onları seçə bilirik?
Mövzu ilə bağlı Hit.az-ın sualını cavablandıran ailə həkimi Sevinc Qurbanova bildirib ki, ailə həkimini seçmək üçün yaşayış yeri üzrə ən yaxın olan ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edilməlidir:
“Bu poliklinika, Ailə Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi ola bilər. Kənd yerlərində bir qayda olaraq, tibb məntəqəsində bir həkim, bir tibb bacısı olduğuna görə seçim imkanları yoxdur. Digər məntəqələrdə isə bunu ərizə yazaraq, etmək olur. Lakin vətəndaş xüsusi həkim adı çəkərək, müraciət eləməyibsə, seçimi poliklinika özü edir”.
Həkim bildirib ki, tibb məntəqsinə şəxsiyyət vəsiqəsi və yaşayış ünvanı üzrə qeydiyyata dair sənəd təqdim edildikdən sonra, ailə həkiminin ayrılması üçün ərizə yazmaq lazımdır.
Murad