"Sosial şəbəkələrdən çıxmayıb, hər şeyi orada paylaşan insanlar daxilən təkdir"

SAĞLAMLIQ
22:17 / 21.08.2024
289

Sosial şəbəkə vasitəsilə insanların necə yaşadığını, harada istirahət etdiyini, kiminlə görüşdüyünü görmək olur. 

Danılmaz faktdır ki, əksər sosial şəbəkədə istifadəçiləri günlük həyatlarını sosial şəbəkədə paylaşır.

Beləliklə, izləyicilər onun günlük həyat tərzindən xəbərdar olur. 

Blogger, influencer və ya tanınmış şəxslərin günlük həyatı kimlər üçünsə maraqlı ola bilər. Ancaq elə insanlar var ki,nə tanınmış deyil, heç bir peşənin sahibi deyil ancaq di gəl ki, səhərdən axşama kimi nə yeyir, hansı restorana gedir, əri ona nə alsa belə hamısını paylaşır. Bu tip sosial şəbəkə istifadəçiləri izləyicilər arasında qıcığa səbəb olur. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzi insanlar artıq görüntü xəstəliyinə tutulub:

"İndi hər kəs həyatını ictimailəşdirir. İnsanın sosial şəbəkədəki paylaşımlarından onun sonuncu dəfə hansı filmə baxdığını, nə yemək yediyini asanlıqla müəyyən etmək olur. Sosial şəbəkələrdən çıxmayıb, hər şeyi orada paylaşan insanlar daxilən təkdir. O insanlar sevinc ve kədərini öz yaxını ilə bölüşə bilmir, məcbur qalıb sosial şəbəkədə ictimailəşdirir".

Sevinc

0