“İnsanın anadan gəlmə tənbəllik qüsuru olmur. Tənbəllik istəyi sonralar yaranır. Bir qayda olaraq, tənbəllik, insanın hər hansı bir səbəbdən tapşırığı yerinə yetirmədiyi zaman formalaşmış davranış nümunəsidir. Tənbəllik bəzən faydalıdır, orqanizmə lazımdır və o özünə bu yolla enerji toplayır. Bəzi hallarda özünü durub nəyisə eləməyə zorlamaq lazım deyil. Beyin gərəkən anda orqanizmə oyanmaq komandası verir”.
Bu fikirləri psixoterapevt Cəlil Nuru səsləndirib.
“Məsələn, bəzi insanlar məyusluğun öhdəsindən gələ bilmirlər, onlar üçün tənbəllik problemlərdən qaçmaq mexanizmidir, bunun arxasında insanın fərqində olmadığı bir çox mənfi münasibətlər, yozumlar və düzgün olmayan məntiqi əlaqələr dayanır. Artan narahatlıq hissi, özünə güvən hiss etməmək, mükəməllik hissinin artması tənbəlliyə səbəb ola bilir”,- deyə o qeyd edib.
Psixoterapevt onu da bildirib ki, tənbəllik nevrotik vəziyyətlərin, depressiv və narahatlıq pozğunluqlarının mövcudluğundan da xəbər verə bilər.
Murad