Yay aylarında digər mövsümlərə nisbətən meyvə bolluğu olur.
Sözügedən meyvələrin isə saysız-hesabsız faydaları var. Bu gün həmin faydaları diqqətinizə çatdıracağıq.
Hit.az yay meyvələrinin orqanizm üçün əsas faydalarını təqdim edir:
1. Tərkiblərində su miqdarı yüksək olur
Yay meyvələrinin böyük əksəriyyəti su cəhətdən olduqca zəngindir. Qarpız, üzüm, yemiş, şaftalı kimi meyvə və giləmeyvələr orqanizmin su ehtiyacını qarşılayır.
2. Vitamin və minerallarla zəngin olurlar
Yay mövsümündə yediyimiz meyvələrin çoxunun tərkibi A və C vitamini ilə zəngindir. Həmçinin, onların böyük miqdarda vitamin və minerallarla malik olduğunu da deməliyik. Çilək, gilas, üzüm və ərik kimi meyvələr həzm sistemini gücləndirir.
3. Antioksidant mənbəyidirlər
Yay fəslində yetişən meyvələr orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparan antioksidantlarla da zəngin olur. Xüsusilə, çiyələk və böyürtkəni qeyd etmək lazımdır. Üstəlik, sözügedən antioksidantlar hüceyrələrin zədələnməsini azaldır və sizi xroniki xəstəliklərdən qoruyur.
4. Lif tərkibi
Bundan başqa, bir çox yay meyvələri liflə zəngin olur. Lif isə həzmi tənzimləməyə, bağırsaq sağlamlığını dəstəkləməyə və xolesterol səviyyəsini nəzarət altında saxlamağa kömək edir.
5. Az kalorili olur
Yay meyvələrinin əksəriyyətinin kalorisi az olur. Bu da onları yemək üçün ideal seçim edir. Məsələn, şirin nə isə yemək istəyəndə, habelə susuz olanda qarpız və yemiş yaxşı seçim olur.
Pərviz