Zeytun meyvəsinin faydası

SAĞLAMLIQ
19:58 / 27.08.2024
272

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır.

Zeytun meyvəsi bizə dadlı yağ verir.

Hit.az xəbər verir ki, zeytun yağından istifadə etmək qanı təmizləyir, immuniteti artırır, damarlar və ürək daha möhkəm və dözümlü olur.

Zeytun yağı həzmə və dərinin vəziyyətinə də müsbət təsir edir.

Zeytun ağacının meyvələri də çox faydalıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir: Zülallar, C, E və B vitaminləri, pektin, fosfor, kalimum və dəmir var.

Yadda saxlamaq lazımdır ki, konservləşdirilmiş və duza qoyulmuş zeytunu çox qəbul etmək olmaz.

Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir.

Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır,  onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir.

Sevinc

0