Son zamanlar dəb halına düşmüş arıqlama iynələrinin yan təsirləri var?
Bu sual həmin iynələrdən istifadə edənləri də, etmək istəyənləri də düşündürür.
Məsələ ilə bağlı Hit.az-ın sualını cavablandıran endokrinoloq Gülşən Hacıyeva bildirib ki,
bütün dərman preparatları kimi, arıqlama iynələrinin də yantəsiri mümkündür:
“Bu iynələrin istənilən hər kəsə vurulması məqsəduyğun deyil, ağırlaşdırıcı nətiələr də verə bilər. Lakin indi həmin iynələrin bir başa arıqlama üçün təyin edilən yeni formaları buraxılıb. Bu iynələr hətta bariatrik cərrahiyədən daha yaxşı nəticələr verir, deyə bilərəm. Amma bir daha qeyd edirəm ki, bu fərddən fərdə, həmin adamın yan xəstəliklərinə metobolik vəziyyətinə görə dəyişir. Tutaq ki, pasiyentdə aybaşı pozğunluğu, daimi qəbizlik problemi, metobolik pozğunluq var. Müayinə olunmadan vurmaq əsla olmaz. Hətta indi gözəllik salonlarında bu iyələrin vurulduğunu eşitmişəm. Bu bir başa cinayətdir. Endokrinoloqlar insan metobolizmini idarə edən həkimlərdir. İnsanlar sağlamlıqlarını düzgün əllərə həvaslə eləməlidirlər”- deyə o bildirib.
Murad